Ankara və İzmirdə etiraz və mitinqlər qadağan edilib
İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra Ankara və İzmirdə etiraz aksiyaları qadağan edilib.
Bu barədə məlumatı hər iki şəhərin administrasiyası yayıb.
Belə ki, hər iki şəhərdə martın 21-dən 25-dək hər hansı toplantı və tədbirin keçirilməsi qadağan edilib.
Qeyd edək ki, bundan əvvəl İstanbulda martın 19-dan 23-dək etiraz aksiyaları və toplantılar qadağan edilmişdi.