Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fernando Santos: Qarşılaşmanın yoldaşlıq statusuna baxmayaraq, qələbəni hədəfləyirik

Azərbaycan millisi Haiti yığması ilə qarşıdakı oyunda qələbə qazanmağı hədəfləyib.

Bu sözləri millinin baş məşqçisi Fernando Santos yoldaşlıq görüşündən əvvəl keçirilən mətbuat konfransında deyib.

“Meydana çıxacaq futbolçuları müəyyən etmişəm. Rəqibin son 5-6 oyununu izləyib təhlil etdik. Rəqib daha çox hücuma fikir verir. Topu itirdikdən sonra oyunçular tez toplanır və yenidən hücuma keçməyə çalışırlar. Komandaya xal gətirməsə də, qələbə hədəfləyirik”, - deyə F.Santos bildirib.

Xatırladaq ki, Azərbaycan - Haiti matçı martın 22-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək, oyun saat 21:45-də başlayacaq.