Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi martın 19-da qar uçqunu altında qalan iki hərbçinin həlak olması barədə məlumat yayıb.

Məlumata görə, əsgərlər İmanov Əli Tariel oğlu və Həmidov Ruslan Rüstəm oğlunun meyitləri qar uçqunu altında tapılıb.

Onlar Gədəbəy rayonu ərazisində xidmət məntəqəsindən qayıdarkən qar uçqunu altında qalıblar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əlverişsiz hava şəraitinə baxmayaraq, Azərbaycan Ordusunun, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq qurumları tərəfindən birgə xüsusi texnika vasitəsilə axtarış-xilasetmə işləri həyata keçirilib.