Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İstanbul meri həbsdən 56 saat sonra ifadə verməyə başlayıb

Martın 19-da səhər tezdən saxlanılan İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbsindən sonra üçüncü gün, 56 saat sonra Vətən Polis İdarəsində dindirilməsi başlayıb.

İmamoğlu barəsində iki araşdırma aparılır - o, korrupsiyada və terror təşkilatları ilə əlaqədə şübhəli bilinir. Bildirilib ki, istintaq çərçivəsində aralarında siyasətçilər, jurnalistlər və iş adamlarının da olduğu 100-ə yaxın şəxs saxlanılıb.

İmamoğlunun həbsindən sonra onun sosial şəbəkəsində “xalqın iradəsini hədə-qorxu ilə, qanunsuz hərəkətlərlə boğmaq olmaz” bəyanatı yayılıb.

Bəyanatda deyilir: “Mən özümü təkcə 16 milyon İstanbul əhalisinə deyil, həm də Türkiyənin 86 milyon vətəndaşına, bütün dünyada demokratiya və ədaləti dəstəkləyən hər kəsə güvənirəm.

İstanbulda və Türkiyənin digər şəhərlərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qarşıdan gələn prezident seçkilərində əsas rəqibi hesab edilən şəhərin müxalifətçi bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılmasına etiraz olaraq üçüncü gündür kütləvi nümayişlər keçirilir.

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel bələdiyyə binası qarşısında toplaşanlar qarşısında çıxışında “Baş verənlər dövlət çevrilişinə cəhd idi” deyib.