Avropanın ən titullu sirk ailəsi Bakıda
Bu mövsümdə Circus Sea Breeze səhnəsində Avropanın ən titullu sirk ailəsi - Togni sirk sülaləsi çıxış edir. 150 ildən artıq tarixi olan bu dünya şöhrətli sirk milyonlarla tamaşaçının sevgisini qazanan möhtəşəm proqramı ilə ilk dəfə olaraq ölkəmizdə təqdim olunacaq.
Benqal, qızıl və ağ pələnglərin möhtəşəm çıxışı, akrobatların həyəcanverici şouları, kanat ustalarının tarazlıq nümayişi, oxatma şousu, italiyalı kloun, peşəkar rəqqaslar və möhtəşəm vokal ifaçılarının çıxışları sirksevərlərin marağına səbəb olacaq.
Dünyanın ən məşhur sirk ustalarının iştirakı ilə 2 saatdan çox davam edən bu unudulmaz şou hər kəsi heyrətləndirəcək.
Qeyd edək ki, tamaşaçıların rahatlığı üçün "Koroğlu" metro stansiyasından Circus Sea Breeze-ə və geriyə pulsuz avtobus xidməti təşkil olunacaq.
Bu möhtəşəm tədbirin təşkilatçısı isə "Sirk Oskarı" mükafatçısı Allahverdi İsrafilovdur.
Biletləri https://iticket.az/events/circus/italian-circus-flavio-and-daniele-togni saytından əldə etmək mümkündür.
Şounun informasiya dəstəkçiləri - Trend.Az, Day.Az və Milli.Az xəbər saytlarıdır.
