Fransa Makronu vəzifəsindən uzaqlaşdırmağa çağırır
Fransanın “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılmasının zəruriliyini bəyan edib.
Bu barədə siyasətçi X sosial şəbəkəsində məlumat verib.
Düpon-Aignan yazıb: "Onun işdən çıxarılması həyati və təcili məsələdir".
Onun sözlərinə görə, Makron hakimiyyəti saxlamaq üçün “Rusiya təhlükəsi” tezisindən istifadə edir və Fransa vətəndaşlarının iqtisadi vəziyyətinə mənfi təsir göstərir.