Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rəşad Mahmudov:

Niyə biz bu gözəlliyi çirkləndiririk?

Əziz dostlar, dəyərli həmvətənlər!

Çox dəyərli və gözəl qəlbi Leyla Əliyevanın bu videosundan təsirlənərək bu gözəl İlaxırÇərşənbə axşamında hamımıza, xüsusən bölgələrdə yaşayan həmvətənlərimizə saf ana təbiətimiz adından səslənirəm.

Hər gün səhərin təravətli havasını ciyərlərimizə çəkməmizə səbəb olan meşələrin yaşıl nəfəsini gəlin birlikdə qoruyaq. Gəlin, hər gün seyir etdiyimiz dağ çaylarının duru sularının kirlənməsinə izin verməyək. Çünki bütün bunlar bizə ana təbiətimizin və yaradanımızın əmanətidir.

Sual olunur ki, niyə biz bu gözəlliyi çirkləndiririk?

Niyə meşələrimizi zibilə, çaylarımızı tullantılara boğuruq?

Plastik şüşələr, sellofan torbalar, istifadə etdiyimiz əşyalar təbiətə atıldıqda, onların yox olması illərlə çəkir, yaratdığı görüntü mədə bulandırır. Halbuki biz bu gözəlliyi gələcək nəsillərə saf şəkildə ötürmək kimi bir məsuliyyət daşıyırıq. Ən əsası isə, bu vəziyyət, tarixə adının önünə müzəffər yazdırmış xalqa, yəni bizə, heç cürə yaraşmır.

Əziz dost və çox dəyərli Sən və mən!

Bizi yaşadan AnaTəbiət'i gəl hər birimiz təklikdə qoruyaq!

Bir addım at – hamıya örnək ol, tullantını yerə atma, var olan tullantını topla, meşəni təmiz saxla, çaylarımızı qoru!

Unutma və əmin ol ki, təbiətə etdiyin hər yaxşılıq yaradan tərəfindən sənin özünə qayıdacaq, həm də mütləq!

https://www.facebook.com/watch/?v=1322611832513170&rdid=tO9E0FrVT7PF9YoW

* * *

Jalə Səlimova

Xaçmaz Xudat yolunda meşədən güllərimizə torpaq götürmək üçün yolun kənarından meşəyə girəndə mən dəhşətə gəldim. Ağıla gələcək gəlməyəcək hər cür şey atılıb meşəyə. 100 metr sonra da Meşəni təmiz saxlayaq plakatı var idi. İnsan bu dünyanın başına gələcək ən dəhşətli varlıqdır.

Ramin Mürşüdov

Jalə Səlimova 30 il Qarabağ həsrəti ilə yaşayib şəhid və qazinin qanı bahasına geri qayidan torpaqlardakı bulaqların başın zibilləyənlər siz deyən meşələri əlbətdəki bərbad vəziyyətə qoyacaq

Elvin Eliyev

Tam seminiyetimle deye bilerem ki bolgelerde yawayan hec bir kes oraya getirib yeyib icib atib getmir onlar ucun o mewe uje maraqsiz olub o yeyib icib zibilleyib gedenlerin 95%i kenardan istirahete gedenleri meselen men denizin kenarinda yawayiram yeni gedize gedib manqal yandirib qarpuz yediyim yadima gelmir ama yayda eve gelende gorurrm ki yol boyu mawinlar duzulub herkesin elinde yemey sumkalari uzu denize axin ediller ama qayidanda birdene oz desmallari ile qayidillar seheri gun birdene kuley olan kimi o salafanlar kucelere ve denize dogru sepelenir

Firdovsi Beshirov

Leyla xanim kimi bir insanın bele bir iş görmeyi Cox gozel numunevi addimdi.

Kaskı diğer kicik memurlar belediyye uzuvleri öz erzilerindeki çayların meselerin qeydine qalsalar.

Menim yasadiqim erazide caylarda sonki terör hadisesi baş verir

Bunu edende hamisi ele hemin erazinin sakinleridi

Ellerine kecen zibilleri yollara çaylara tullayirlar

Vicdanı olan heç bir insan eline kecen zibili

Meselillere çaylara yol kenarlana atmaz

Sabira Mahmudova

33 il düşmən tapdağında qalmış torpaqlarımızda hər bir kolun-ağacın qədrini bilək,təbiətə qənim kəsilməyək.Caylarda düşmənin kökunu kəsmədiyi balıqları yox etməyək.Daglarda-meşələrdə ceyran- cuyurə,dagkeçisinə qənim kəsilməyək.

Leyla xanımın bu hərəkəti tərs siillə oldu nankor insanlara,əgər qansalar.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.