Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU tələbələrinin Mərkəzi Nəbatat Bağına ekskursiyası təşkil edilib

Bakı Dövlət Universiteti (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) "Elm Günü"nə həsr olunmuş "Bitkiləri tanıyaq" adlı ekskursiya təşkil edib. Mərkəzi Nəbatat Bağında keçirilən bu tədbir, tələbələrin botanika sahəsində biliklərini artırmaq, bitki müxtəlifliyini tanıtmaq və təbiətə olan maraqlarını gücləndirmək məqsədi daşıyıb. Həmçinin, tələbələrə bitki növlərinin ekologiyası və onların qorunmasının əhəmiyyəti haqqında daha dərindən məlumatlandırmaq olub.

Ekskursiyada Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev, "Xarı Bülbül" Qızlar Klubunun sədri professor Fərayət Əhmədova və fakültənin müxtəlif kurslarından olan tələbələr iştirak ediblər. Ekskursiya zamanı tələbələr nəzəri biliklərini təcrübə ilə birləşdirərək, onları Azərbaycanın zəngin bitki örtüyü ilə daha yaxından tanış olub, bitkilərin mühafizəsi və ekosistemlərdəki rolunu öyrəniblər.

Ekskursiya zamanı Yusif Abiyev və Mərkəzi Nəbatat Bağının əməkdaşı dosent Ofeliya Qafarova tələbələrə bağın tarixi, əhəmiyyəti və burada yetişdirilən bitki kolleksiyaları haqqında ətraflı məlumat veriblər. Onlar, həmçinin, yeni əldə edilmiş qızılgül sortları və dünya florasından gətirilmiş bitkilərin Azərbaycan şəraitinə adaptasiya prosesləri, nadir və endemik bitki növləri ilə tanış olublar. Onlar, bitkilərin morfoloji xüsusiyyətləri, ekoloji tələbləri və mühafizə tədbirləri barədə maraqlı məlumatlar təqdim ediblər.

Professor Fərayət Əhmədova, ekskursiyanın sonunda tələbələrə təbiəti qorumağın və bitki müxtəlifliyinin əhəmiyyətini vurğulayıb. O, belə tədbirlərin gənc biologiya mütəxəssislərinin formalaşmasında mühüm rol oynadığını və onların elmi tədqiqatlara olan marağını artırdığını qeyd edib.