Daha 5 cüdoçumuz Tiflis Dəbilqəsində tatamiyə çıxıb
Dünən Gürcüstanın paytaxtı Tiflisdə kişi və qadın cüdoçular arasında startı verilən "Böyük Dəbilqə" turniri davam edir. Qeyd edək ki, start günü tatamiyə çıxan 5 cüdoçumuz üçün uğursuz olan turnirin bu günə təsadüf edən ikinci günü üç çəki dərəcəsində daha 5 cüdoçumuz tatamiyə çıxıb.
Bu günkü beşlikdə Qədir Hüseynov, Rüfət Şövlətov (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Günel Həsənova və Südabə Aqayeva (hər ikisi 70 kq) yer alıb.
Xatırladaq ki, turnirin ilk günü isə Murad Muradlı (60 kq), Rəşid Elkiyev, Nazır Talıbov (hər ikisi 66 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəyə qatılıb bir hamısı giaskoya uqrsyib.
Turnirə martın 23-də yekun vurulacaq. Yeri gəlmişkən, turnirdə hər çəkidə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq 1000, 700 və 500 reytinq xalı qazanmış olacaq.
İNTİQAM Məmmədov