BDU-da Ümümdünya Su Gününə həsr edilmiş ustad dərsi
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun baş mühəndisi Məmməd Əsədovun 22 mart - Ümümdünya Su Gününə həsr olunmuş ustad dərsi keçirilib.
Dərsdə iştirak edənlərə su ehtiyatlarının qorunması, xüsusilə buzlaqların vəziyyəti və bu sahədəki aktual məsələlər barədə ətraflı məlumat verilib. Məmməd Əsədov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi qərara əsasən, hər il martın 22-si Ümümdünya Su Günü kimi qeyd olunur. 2025-ci ilin mövzusu isə “Buzlaqların qorunması” olacaq. Azərbaycanda buzlaqlar əsasən Böyük Qafqazın zirvələrində cəmləşib, onların sahəsi çox kiçikdir.
Dərsdə vurğulanıb ki, Azərbaycanda su ehtiyatlarının 70%-i transsərhəd çayların axar suları ilə formalaşır və bu çaylar su anbarlarına çox miqdarda çirkab sular gətirir. Dünya Su Ehtiyatları İnstitutunun qiymətləndirməsinə əsasən, Azərbaycan su ehtiyatları ən az olan ölkələrdən biridir. Orta hesabla hər bir vətəndaşa ildə 972 m³ şirin su düşür.
Məruzəçi ölkə rəhbərliyinin su problemlərinin həlli üçün həyata keçirdiyi bir sıra mühüm addımları da diqqətə çatdırıb. Bu tədbirlər arasında yeni su anbarları və su kanallarının inşası, o cümlədən Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi yer alır.
Dərsdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
RUS:
В БГУ прошел мастер-класс, посвященный Всемирному дню водных ресурсов
На географическом факультете Бакинского государственного университета (БГУ) в связи с 27 марта – Днем науки состоялся мастер-класс, посвященный 22 марта – Всемирному дню водных ресурсов. На мероприятии выступил главный инженер Института по проектированию водохозяйственных и мелиоративных комплексов Государственного агентства водных ресурсов Мамед Асадов.
Предоставлена подробная информация об охране водных ресурсов, особенно о состоянии ледников, а также об актуальных проблемах в этой области. Мамед Асадов сообщил, что темой 2025 года станет «Защита ледников». Ледники в Азербайджане в основном сосредоточены на вершинах Большого Кавказа, и их площадь очень невелика.
На уроке подчеркивалось, что 70% водных ресурсов Азербайджана формируется за счет стока трансграничных рек, и эти реки приносят в водохранилища большие объемы сточных вод. Азербайджан — одна из стран с наименьшими водными ресурсами. В среднем на каждого жителя страны приходится 972 м³ пресной воды в год.
Спикер также выделил ряд важных шагов, предпринимаемых для решения проблем с водой. К этим мерам относится строительство новых водохранилищ и водоканалов, в том числе ввод в эксплуатацию водохранилищ Тахтакёрпу и Шамкирчай.
.jpg)
.jpg)