Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İmamoğluya dəstək aksiyalarında 343 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluya dəstək aksiyalarında 350-yə yaxın şəxs saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, dünən gecə İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə baş verən etiraz aksiyalarında iştirak edən 343 şübhəli tutulub.