Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın cüdo yığması Tiflisdə fiaskoya uğrayıb

Elmar Qasımov da ümidləri doğrultmayıb 

21-23 mart günlərində Gürcüstanın paytaxtı Tiflisdə kişi və qadın cüdoçular arasında reytinq xarakterli Böyük Dəbilqə turniri keçirilib. Üç günlük turnirdə Azərbaycan yığması 8-i kişi və 4-ü qadın olmaqla 12 cüdoçu ilə iştirak edib. Təəssüflər olsun ki, 12 tatami ustamızdan heç biri mükafatçılar sırasında yer ala bilməyib. Hətta yenidən tatamiyə dönəndən sonra həm Azərbaycan çempionatının, həm də üç turdan ibarət olan Liqa turunun ilk mərhələsinin qalibi olan Elmar Qasımov (100 kq) da ümidləri doğrultmayıb. 
Turnirin son günündə tatamiyə çıxan Elmar ilk görüşdəcə gürcüstanlı rəqibi İmede Qoqoladzeyə məğlub olaraq, mübarizəni erkən dayandırıb. 
Bununla da Azərbaycan yığması Tiflisi Böyük Dəbilqəsində fiaskoya uğrayıb. 

İNTİQAM Məmmədov