Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan gimnastları Portuqaliyada qızıl medal qazanıblar

Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Kantanhededə (Portuqaliya) aerobika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıblar.

Məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb.

Qarışıq cütlük 19,350 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.