Fəridə Ağazadə:
Hər bir fərd potensial olaraq inanılmaz intelektual gücə sahibdir...
Bilik və zəka xəzinəsinə yeni üfüqlər açan “1.000000 Zəkanın Şifrəsi” kitabının möhtəşəm təqdimat mərasimi keçirildi. Əminliklə deyə bilərəm ki, dəyərli dostumuz, əziz qardaşım Aydın Tağıyev in müəllifi olduğu bu kitab təkcə bir nəşr deyil, o düşüncəmizin sərhədlərini genişləndirən, bizə yeni baxış bucaqları təqdim edən bir yol xəritəsidir. Bu kitab bizə sübut edir ki, hər bir fərd potensial olaraq inanılmaz intelektual gücə sahibdir-sadəcə onu doğru şəkildə açmaq və inkişaf etdirmək lazımdır. Eyni zamanda bu kitab təkcə məlumat təqdim etmir, həmçinin oxucunu düşündürür, ona tədqiqatçı ruhu da aşılayır. Xüsusilə vurğulamaq istəyirəm ki, kitab bütün yaş təbəqəsində olan oxucular üçün nəzərdə tutulub. Bununla yanaşı Aydın müəllim övladına həsr etdiyi 51 nəsihət toplusu da öz əksini tapır. Bu nəsihət toplusu bütün övladlar üçün bir yaşıl işıq olacağına əminəm.Kitabın məzmun və mövzusu həyatında dəyişiklik etmək və məqsədlərinə doğru addımlamaq istəyən hər kəsə ruhlandırıcı mesaj ötürəcəkdir. Aydın müəllim, təkcə müəllif deyil, o, düşüncə işığını yaymağı qarşısına məqsəd qoymuş bir ziyalıdır. Onun kitabları, həyata keçirdiyi layihələr, milli dəyərlərimizin qorunması, gənc nəslə ötürülməsi, həmçinin gənclərin maarifləndirilməsi istiqamətində gördüyü işlər gələcək nəsillər üçün örnək və yol xəritəsidir. Aydın müəllim gənclərin dostu, dostlarının köməyi, əsl vətənpərvər bir ziyalıdır. Yazdığı kitablarda, həyata keçirdiyi bütün layihələrdə vətənpərvərlik ruhu, ab-havası vardır.
Mövlana deyir: “Bilik insana işıq kimidir. Lakin o işığı hansı yolda istifadə edəcəyin sənin niyyətindən asılıdır”.
Aydın müəllim, inanıram ki, müəllifi olduğunuz bu dəyərli kitab oxuculara yeni perspektivlər açacaq, onların həyatına müsbət təsir edəcək və zəkanın sirlərini kəşf etməkdə ilham verəcək. Uğurlar əziz dost, əziz qardaş. Bir daha ürəkdən təbrik edirəm.
.jpg)
.jpg)
.jpg)