FİFA Kipr - Almaniya oyununu idarə etməyi azərbaycanlı hakimlərə həvalə edib
Azərbaycanlı hakimlər Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov FİFA tərəfindən futzal üzrə beynəlxalq oyuna təyinat alıb.
Azərbaycanlı hakimlər aprelin 15-də Nikosiyada keçiriləcək Kipr və Almaniya milli komandalarının oyununu idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi H.Qafarlı, ikinci hakimi Ə.Cəbrayılov, üçüncüsü isə K.Əmiraslanov olacaq. Onların işini belçikalı müfəttiş Patrik Villemark qiymətləndirəcək.