Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın qadın cüdoçuları Almaniyada təlim-məşq toplanışındadırlar

Azərbaycanın qadın və yeniyetmələrdən ibarət cüdo yığmasının 12 üzvü Almaniyanın Bad Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Təlim-məşq toplanışı aprelin 5-6-da Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək böyüklər arasında Avropa kubokuna, eləcə də aprelin 12-13-də İtaliyanın Lignano şəhərində yeniyetmələr arasında Avropa kubokuna hazırlıq məqsədilə təşkil olunur.

Martın 23-də başlayan təlim-məşq toplanışı martın 26-dək davam edəcək.