Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Meksika ilk dəfə KONKAKAF Millətlər Liqasının qalibi olub

Meksika milli futbol komandası KONKAKAF Millətlər Liqasının finalında (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası - red.) Panama millisinə 2:1 hesabı ilə qalib gəlib.

Meksikalı hücumçu Raul Ximenez səkkizinci və 90+2 dəqiqələrdə fərqlənərək qaliblərin heyətində iki dəfə fərqlənib.

Panama yığmasının yeganə qolunu ilk hissənin sonlarında yarımmüdafiəçi Adalberto Karrasquilla vurub.

Finaldakı bu qələbə Meksika üçün turnirdə ilk olub. Komanda daha əvvəl iki dəfə finalda ABŞ-a uduzmuşdu. Panamalılar üçün bu oyun onların tarixində debüt finalı olub.

Bu il üçüncü yeri ABŞ millisini məğlub etməyi bacaran Kanada komandası tutub.