Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kriştiano Ronaldo daha bir rekorda imza atıb

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo tarixdə 22 il ardıcıl olaraq milli komandasına qol vuran ilk futbolçu olub.

40 yaşlı portuqaliyalı qolu bir gün əvvəl Millətlər Liqasının 1/4 finalında danimarkalılarla cavab oyununda vurub.

Portuqaliyalılar yalnız əlavə vaxtda skandinaviyalıları 5:2 hesabı ilə məğlub edə bilib.

C.Ronaldo karyerası ərzində 929 qol vurub. Ümumilikdə o, Portuqaliya millisində 217 oyun keçirib, 136 qol vurub. 2016-cı ildə Avropa çempionatının qalibi olub.