UEFA Millətlər Liqasının yarımfinal mərhələsinin keçiriləcəyi ölkə bəlli olub
UEFA Millətlər Liqasının yarımfinal mərhələsi Almaniyada keçiriləcək.
Bu, Bundestim 1/4 finalın cavab oyununda İtaliya ilə heç-heçə edib (3:3) iki oyunun ümumi nəticəsinə əsasən yarımfinala yüksəldikdən (5:4) sonra məlum olub.
Qarşılaşmalar Münhen və Ştutqart şəhərlərində baş tutacaq. Millətlər Liqasının yarımfinal oyunları iyunun 4 və 5-də keçiriləcək. Üçüncü yerin sahibini və turnirin qalibini müəyyən edəcək həlledici görüşlər iyunun 8-nə təyin edilib.
Qeyd edək ki, yarımfinalda Almaniya ilə Portuqaliya, İspaniya ilə Fransa qarşılaşmaları keçiriləcək.