Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əşrəf Veysəlli:

MƏNİM ÜRƏYİM

Hərdən səhra olan, hərdən bağ olan,

Bir dost kəlməsiylə dönüb dağ olan,

Qisməti həmiçə ağrımaq olan,

Dərmanı dağların səhər küləyi,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Dinsin məhəbbəti əziz tutanlar,

Özünü əbədi oda atanlar,

Desin sol döşünün üstə yatanlar-

Nədir bu dünyadan axı diləyim,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Bir zsman hamıya həyan sən oldun,

Hər sözə inanıb uyan sən oldun.

Məni quru yurdda qoyan sən oldun.

İndi bir köməyi kimdən diləyim,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Sinəmdə közü var ilk məhəbbətin.

Oldum dilənçisi bir xoş ülfətin.

Tək- tənha yaşamaq çətindir,çətin,

Yenə buza döndü çayım, xörəyim,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Bir məsum, küsəyən, körpə uşaqsan,

Eşitsən sinəmi dağlayacaqsan,

Bilsən hönkür- hönkür ağlayacaqsan-

Yar qənimim çıxıb, əğyar köməyim,

Ay mənim ürəyim, mənim ürəyim.

* * *

Ibrahim Hajiyev

Halal qələm tutan əlini sıxıb

Halal ürəyindən öpürəm, Ustad.

Miraslan Bağırov

Ürək haqda gözəl bir əsər.

ALLAH ustadı qorusun.

Sahib İbrahimli

Gözəl və böyük ürəyiniz var olsun! Allah Sizi qorusun, ustad! Gözəl şeirə görə təbrik edirəm

Fəxrəddin Teyyub

Yolun əbədiyyət yoludu, Ustad,

Tanrıdı üzünə qapını açan.

Ürəyin sevgiylə doludu, Ustad,

Hələ döyünəcək yüz yaşınacan.

Almaz Ərgünəş Beyazid

Ürəyim, ürəyim, səninlə neyləyim.

Bir nəğmədən.

Ürəyiniz ağrı görməsin.

Fazil Abasquluzade

Var olun Ustad! Tək siz deyilsiniz ki, ilk məhəbbətdən yarımayan. Bagışlayın, bir dəfə rahat otursaq, mən ilk məhəbbətimdən danışsam, siz qələmi götürüb mənim hayıma gəlib məndən yazarsınlz ki, mən şükürlüymüşəm, bu nə gündəymiş ilahi! ))))). Heç kəs ilk məhəbbətindən yarımayb. Yaxşı ki, yarımayıblar, yoxsa sevgi, məhəbbət dastanları , belə gözəl, ürək agrıdan şeirlər yaranmazdı. İlk məhəbbət yaddan çıxmasa da , ürəyinizə salmayın boş verin getsin!))))). Öpürəm o həssas ürəyinizdən!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.