Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bizdə ədalət yoxdur, var, vallahi, tallahi var, amma tərəzisi şaşır...

İndi necə olacaq? Son həbslər və dindirmələrə istinad etsək ədalət tərəzisi hər kəsə eşit davranmalıdır. Başqa cür başa düşməyin, mən demirəm bizdə ədalət yoxdur, var, vallahi, tallahi var, amma tərəzisi şaşır...

Niyaz Niftiyev

- USAID-in TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində xeyli seminar və vebinarlar təşkil olunub, TƏBİB və İTS əməkdaşlarının ABŞ ictimai səhiyyə sistemi ilə tanış olmaq və yeni tərəfdaşlıqlar qurmaq üçün ABŞ-a səfəri təşkil olunub, həmçinin TƏBİB-in tabeliyində olan Sumqayıt Tibb Mərkəzində Simulyasiya və Təlim Mərkəzi yaradılıb. Bu layihəyə USAID tərəfindən 3,35 milyon dollar vəsait ayrılıb. Maraqlıdır, bu gün həmin mərkəz fəaliyyət göstərirmi? Ritorik sualdır. Amma orası dəqiqdir ki, həmin məbləğə nəinki təlim mərkəzi, hətta ayrıca xəstəxana da tikmək olardı...(Bakupost)

* * *

Habil Isgandarov

USAİD pulunu yeyəndə yaxşı təşkilatdır, pulu qurtaranda oğru-korrupsiyalaşmış

Selim Balayev

..hardan bilirsən ki, o pula daha bir özəl xəstəxana tikilməyib?!....

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.