"Azərreyl" "Xilasedici"ni udaraq liderliyə yüksəlib
Bu gün FHN-nin Hövsan qəsəbəsində yerləşən Sağlamlıq İdman Mərkəzində kişi voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 13-cu turdan təxirə salınan bir oyun keçirilib. Görüşdə meydan sahibi olan və turnir cədvəlində üçüncü olan "Xilasedici" (35 xal) klubu cədvəldə ikinci yeri tutan "Azərreyl"i (36 xal) qəbul edib. Qarşılaşma qonaq komandanın 2:3 (25:23, 25:27, 25:23, 23:25, 13:15) hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində aktivindəki xalların sayını 38-ə çatdıran "Dəmiryolçular" bu oyuna qədər yarış cədvəlinə vahid liderlik edən "Murov Az Terminal" (38 xal) klubunu haqlamaqla liderliyi ələ alıb.
Hazırkı yarış cədvəli aşağıdakı kimidir:
Azərreyl, Murov Az Terminal - hərəyə 38 xal, Xilasedici - 36, Neftçi - 23, MOİK - 8, Gənclər - 1 xal.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)