Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi boksçularımızın Göygöl TMT başa çatıb 

Martın 13-də Azərbaycanın kişi boksçulardan ibarət yığma komandasının Göygöl Olimpiya İdman Kompleksində startı verilən TMT (təlim-məşq toplanışı) martın 25-də başa çatıb. Qeyd edək ki, özbəkistanlı baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında davam edən və 31 Azərbaycan boksçusunun iştirak etdiyi bu toplanışa Özbəkistandan olan Olimpiya çempionu Lazizvek Mullajanov da qatılıb. TMT-nin Göygöl mərhələsində rinq ustaları əsasən taktiki-texniki hazırlıq səviyyəsinin yüksəldilməsi ilə məşğul olublar.

TMT-nin növbəti mərhələsi martın 28-dən aprelin 9-dək Bakıda keçiriləcək. Həmin mərhələdə isə əsas diqqət fiziki hazırlığa yönələcək.

İNTİQAM Məmmədov