Güləşçilərimiz AÇ hazırlığına başlayıblar
Aprelin 7-dən 13-dək Bratislavada (Slovakiya) idman güləşinin hər üç növü üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Artıq Azərbaycan yığma komandaları bu çempionatın hazırlıq mərhələsinə başlayıb. AGF-dan verilən məlumata görə, sərbəst güləş üzrə yığma komandamız martın 19-dan etibarən Quba Olimpiya İdman Kompleksində TMT-ye start verib. Toplanışa aprelin 2-də yekun vurulacaq. Qadın yiqmamiz martın 22-də güləş federasiyasının təlim-məşq bazasında toplaşıb. Toplantı aprelin 7-də bitəcək. Yunan-Roma güləşi üzrə yığma komandamız isə toplanışa bu gün Bakıda start verib. Klassiklərin hazırlıq prosesinə aprelin 9-da yekun vurulacaq.
İNTİQAM Məmmədov