Əli Nəcəfxanlı:
OLA
Hər gün qaçaqaçda, qovhaqovdayam,
Zamanın əlində mən girovdayam.
Gah odda, alovda, gah qırovdayam,
Dayanan deyiləm min işim ola.
Ayağım büdrəyır çala-çuxurda,
Məndən çathaçatda qaçır uğur da.
Yoxuşu qalxaram, təki axırda
Dizimi dincəldən enişim ola.
Var ömür-gün sonu, yox arzu sonu,
Yarıdam könlümün çox arzusunu.
Eşqim bağışlaya tamarzısını,
Ötən çağlarıma dönüşüm ola.
Gündüz sərsəriyəm, gecə hallıyam,
Ürəyimdə xal var - əcəb xallıyam...
Öz yanımdan xanam - Nəcəfxanlıyam,
Nə ola, xırda bir xan işim ola!
* * *
Nurməmməd Aga
Yenə öz ampulasındadır Əli Nəcəfxanlı. Cinas qafiyələr, obrazlı təzə deyimlər, özünəxas çalarlar. Sonuncu iki misra daha çox xoşuma gəldi. Təbrik edirəm, qardaş!
Ramazan Səməroğlu
Qıvraq ifadələrlə dolu xoş ovqatlı şeirdir.Sağ ol, qardaş
Hafiz Rüstəm
Təbrik edirəm!
Xan olmaq təhlükəli,
Xan kimi olmaq təhlükəsiz!
Nurəddin Muğanlı
Sən qələm ustası, sultansan, xansan - tələbə yoldaşım, Nəcəfxanlısan!
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.