Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın futbol millisi Belarusa da uduzub

Qoca "sehribaz" Santuşun "sehrli çubuğu" yenə də işə yaramayıb

Dünən Azərbaycanın milli futbol komandası portuqaliyalı qoca mütəxəssis, "sehribaz" desək daha doğru olardı, Fernando Santuşun rəhbərliyi altında növbəti dəfə meydana çıxıb. Avropa komandalar, o cümlədən bizlərin doqma komanda kimi qəbul etdiyimiz Türkiyə yığması UEFA Millətlər Liqasının pley-offunda mübarizə apardığı (Macarıstanı evdə 3:1, səfərdə 0:3 hesabla udub) bir zamanda Azərbaycan komandası isə özünü yalnız yoxlama yoldaşlıq görüşlərində sınayıb.  Martın 21-də Haita millisinə qarşı Sumqayıtda keçirdiyi oyunda meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edərək azarkeşlərini məyus edən yiqmamiz dünən isə öz pərəstişkarlarını yenidən pərişan edib. 

Masazır qəsəbəsindəki "Bank Respublika Arena" stadiona qələbə iyinə gedən futbolsevərlərimiz bu dəfə də meydandan "gözüyaşlı" dönüblər. 

Xatırladaq ki, qoca "sehribaz"in rəhbərliyi altında növbəti dəfə meydana çıxan millimiz Belarusu qəbul edib. Təəssüflər olsun ki, taleyi gürcüstanlı referi Aleko Antsiayriyə tapşırılan oyun qonaqların 0:2 (0:0) hesablı qələbəsi ilə bitib. Oyunda hər iki qol ikinci hissədə vurulub. 59-cu dəqiqədə Pavel Zabolin dəqiq zərbə ilə hesabı açıb - 0:1. Bunun ardından isə, 77-ci dəqiqədə meydana çıxan Nikita Demcenko bir dəqiqə sonra öz məharətini nümayiş etdirməklə hesabı 0:2-yə çatdırıb. 

Bununla da, Azərbaycan millisi son bir ildə qoca "sehribaz"in rəhbərliyi altında meydanda üzləşdiyi məqlubiyyətlər seriyasına daha ikisini əlavə edib. Bu məqlubiyyətlər isə azərbaycanlı futbol sevərlərə xalqımızın ən gözəl - Novruz və Ramazan ətirli günlərinə təsadüf edib. 

Beləliklə, futbol matəmli bayramlarımız mübarək olsun. 

Düşünürəm ki, bu vəziyyətdə öz ölkəsində tutduğu vəzifədən biabırçı vəziyyətdə qovulması ehtimal edilən qoca Santuşun "sehrli çubuğu" və "sehirl çıraqı" bu gedişlə yalnız və yalnız bizləri yandıracaq. 

İNTİQAM Məmmədov