Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Barselona" Messini geri qaytarmaq niyyətindədir

"Barselona" hələ də argentinalı hücumçu Lionel Messini geri qaytarmaq fikrindən əl çəkməyib.

Kataloniya komandasının rəhbərliyi hazırda 37 yaşı olan forvardla 2026-cı il dünya çempionatı başa çatdıqdan dərhal sonra iş müqaviləsi imzalamaq niyyətindədir. Klub Messinin yenilənmiş Camp Nou stadionunda oynamasını istəyir. Transfer baş tutsa, argentinalı karyerasını "Barselona"da başa vura bilər.

Fevralın 25-də Messinin PSJ-dən "İnter Mayami"yə keçidindən ilk xəbər tutan jurnalist Aleks Kandal Messinin Kataloniya klubuna qayıtmaq niyyətində olduğunu bildirmişdi.

Messi Barselonanın gənclik sisteminin məhsuludur. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, Argentina ilə 2022 Dünya Kubokunun qalibi olub, iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə "Qızıl top"u qazanıb.

2021-ci ildə argentinalı Fransanın "PSJ"yə, 2023-cü ilin yayında isə MLS-də çıxış edən “İnter Mayami”yə keçib.