Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rəşad Məcid:

Əsəblər tarıma çəkilib, ciddi ölçüb-biçməliyik

Doğma Türkiyəmiz təlatümlü, gərginlik dolu günlər yaşayır. Hamımız baş verən prosesləri narahatlıqla izləyirik. Bir çoxları gündəmə soyuqqanlılıqla, təmkinlə, səmimi nigaranlıqla münasibət bildirsələr də, emosiyalarına hakim ola bilməyənlər, zidd tərəflərin hansısa barədə aşağılayıcı ifadələr səsləndirib çaşqınlıq yaradanlar da az deyil.

Nəzərə almalıyıq ki, tərəflərin hər birində dəyərli insanlar, istedadlı yaradıcı adamlar, nüfuzlu ziyalılar və siyasətçilər var, hər tərəfin arxasında geniş xalq kütlələri dayanır. Simpatiyamızın ünvanından asılı olmayaraq, əsəblərin tarıma çəkildiyi belə günlərdə rəylərimizi, işlətdiyimiz ifadələri ciddi ölçüb-biçərək, mövcud gərginliyi, ictimai həssaslığı nəzərə alaraq bölüşmək çox vacibdir.

Xüsusilə Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə biləcək leksikondan maksimum dərəcədə çəkinməliyik. Hamımızın arzusu bu çaxnaşmalı dünyada Türkiyəmizin güclü qalması, daxili sabitliyini və beynəlxalq nüfuzunu qorumasıdır. Böyük dövlətçilik ənənələri olan qardaş xalqın bu çalxantılı dönəmdən də üzüağ, qüdrətli çıxması üçün dua edək.

Tanrı Türkiyəmizi qorusun!

* * *

Söhrab Həsənov 

Öz yaşadığı ərazidə bələdiyyə sədrini tanımayanlar qardaş ölkədə bələdiyyə məsələlərinə burdan hökm bildirir.Türkiyədə uzun müddət yaşayan biri kimi onu deyim ki,Türk xalqı verdiyi səsi müqəddəs bilir və seçki sandığında sığal da çəkir ,tokat da vurur.Bu gün açıq aşkar Ərdoğanın daxili siyasətdə etdiyi yanlışlarının nəticəsidir bu gün olanlar.İnanıram ki ,tezliklə ətrafında olanların diktə etdiyi yanlışlardan dönər və ODP nə xidmətdən vaz keçərlər çünki bu yol Türkiyəni cəhalətə və şəriət dövlətinə aparır və bu da Türkiyənin bəlli güclər tərəfindən parçalanmasına cəhddir.Turkiyənin tək bir qurtuluşu var ,saxta dindoşlardan və saxta millətçilərdən qurtulmaq.

Hələ də Türkiyədə bu gec deyil,amma bu işi xalqa buraxsalar ,həm pis olacaq,həm də Türklər demiş tren Üsküdarı çoxdan keçmiş olacaq.

Zülfiyyə Quluyeva

44 günlük müharibədə rəis bizim yanımızda olub, Türkiyə bizə dəstək olub. Hələ də onlar bizə arxa-dayaqdır deyə bir çox dövlətlər çəkinir. Bunları da unutmamaq lazım. Bilmirik hələ kimsə rəisin yerinə gəlsə bizə belə qardaş əlini uzadacaqmı.

Söhrab Həsənov 

Sakit Sabiroglu ,mən İslamın nə olduğunu Ziya Bünyadov ,Vasim Məmmədəliyev kimi dahilərdən dərs alaraq,Türkiyədə isə Yaşar Nuri Öztürk kimi müştehidin kitablarını və əsərlərini oxuyaraq dərk etmişəm.Sizin Allah dediyiniz şey, mənim Tanrı kimi qəbul etdiyim varlıq ürəyimdə ,əməlimdədir.

Sizin beyninizə saxta dindoşların yeritdiyi, vəd etdiyi cənnət sizin olsun,mən dərk etdiyim İslamın cəhənnəmində yanmağa hazır olan bir məcburi müsəlmanam.

Deməyim odur ki,gəlin öz ölkəmizdə ,öz problemlərimizi həll edək,o problemləri dilə gətirək,yox bunu bacarmırıqsa onda dilimizi özümüzdə saxlayaq.

Həə bu arada bilmirsiniz Bakı şəhər bələdiyyə sədri kimdir?

Sakit Sabiroglu 

Söhrab Həsənov bəy, mən də siz deyən "dindoş"lardan deyiləm, (bu arada) V. Məmmədəliyev, Z. Bünyadovu elə də tərcih etmirəm. Abdulqadir Geylani, İbni Ərəbi, Tapduq Əmrə, Şeyx Qüdsi daha mükəmməldi.

Mövlam əməllərimizi hər daim xeyirlisindən eyləsin.

Bu ğun ölkəmizin taleyi bir çox hallarda Türkiyənin taleyindən asılıdı.

Qaldı ki Bakı bələdiyyəsinə səhifəmə baxsan bilərsən. Bu ölkədəki həç bir haqsızlığa susmamışam!)

Sevgi və ehtiramla, əziz qardaşım!)

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.