Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İran millisi DÇ-2026-ya erkən vəsiqə qazanıb

İran milli futbol komandası artıq 2026-cı il dünya çempionatında yerini təmin edib.

Dünya çempionatının Asiya seçmə turnirinin birinci qrupunun 8-ci turunun oyunu keçirilib və İran millisi Özbəkistan yığması ilə qarşılaşıb.

Oyun heç-heçə başa çatıb - 2:2.

Beləliklə, İran komandası seçmə yarışın başa çatmasına iki tur qalmış 20 xal toplayıb və bundan sonra hər qrupdan ilk iki yeri tutan komandalar birbaşa dünya çempionatına vəsiqə qazanacaqlar.

BƏƏ komandası yeddi turdan sonra 10 xalla üçüncü yerdədir. BƏƏ komandası geridə qalan 3 matçda qalib gəlsə belə, 19 xal toplayacaq və İranı tuta bilməyəcək.