Məşhur saç boyasında olan sonsuzluğa səbəb olan maddə aşkarlanıb
Çexiya Səhiyyə Nazirliyi Avropa Birliyində qadağan olunmuş lilial maddəsinin Çexiya bazarında olan Schwarzkopf Palette və Syoss Professional Performance saç boyalarının tərkibində aşkar edildiyi barədə məlumat yayıb.
Bu da heyvanlarda aparılan araşdırmalarla təsdiqlənib.
Matskovanın sözlərinə görə, bu maddənin istifadəsi "insan sağlamlığı üçün təhlükə yaradır".
Lilial və ya butilfenil metilpropionalın Aİ-də 2022-ci il martın 1-dən istifadəsi qadağan edilib. Bu andan etibarən maddə kosmetik məhsulların istehsalı üçün tərkib hissəsi kimi istifadə edilə bilməz.
Üstəlik, lilial yalnız saç boyalarında deyil, sabunlarda, losyonlarda, ətirlərdə, əl kremlərində, həmçinin ətirli şamlarda, hava təravətləndiricilərində, yumuşatıcılarda da tapıla bilər.
İstehlakçılara bu maddənin olub-olmaması üçün satın alınan məhsulların qablaşdırmasını diqqətlə yoxlamaq və aşkar edilərsə, satın almaqdan imtina etmək tövsiyə olunur.