Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Firuz Mustafa: 

Səməd Vurğunun Ukrayna partizanları haqda məşhur şeiri

3 il əvvəl paylaşılıb... Təəssüflər ki, bu şərin kökü hələ kəsilməyib.

* * *

Ukraynalılar daim döyüşkən millət kimi tanınıb. Onların paytaxtı 9-cu əsrə qədər Xəzər xaqanlığının tərkibində olub.

Ukraynada partizan hərəkatı isə həmişə güclü olub. 17-ci əsrdə Polşaya qarşı, 18-19 əsrlərdə Rusiyaya qarşı, 1920-ci və 1930-cu illərdə bolşeviklərə qarşı, 1940-cı illərdə faşizmə qarşı mübarizə aparan ukraynalılar bu dün rus nasizminə qarşı vuruşurlar.

Böyük Azərbaycan şairi Səməd Vurğunun 1942-ci ildə qələmə aldığı “Ukrayna partizanlarına” şeiri indi də öz aktuallığını itirməyib. Həmin dövrdə əsərin qəhrəmanları faşizmə qarşı rəşadətli mübarizənin önündə idi.

Həmin poetik düşüncələr sanki bu günlərdə qələmə alınıb.

Ukrayna partizanları

De, kimdir gecənin bağrını dələn?

Düşmənin üstünə ley kimi gələn?

Kimin qüdrətinə güvənir Vətən?

Kimdə sədaqət də, mərdlik də vardır?

O bizim qəhrəman partizanlardır!

 

De, kimin səsindən titrəyir dağlar?

Barmaqla göstərir onu uşaqlar?

Kimin yuvasıdır meşələr, bağlar?

Kimin hər zəfəri bir yadigardır?

O, bizim qəhrəman partizanlardır!

 

Kimdir qartal kimi qayada yatan,

Pəncəsi düşmənin gözünə batan?

De kimdir döyüşdə yüzə yüz atan?

De, kimin qalası sıx ormanlardır?

O bizim qəhrəman partizanlardır!

 

De, kimin yurdudur sünbüllü çöllər?

Kimindir banduru söylədən əllər?

Kimindir yanağı lalə gözəllər

De, kimin sevdası bir ilk bahardır?

O bizim qəhrəman partizanlardır!

 

De, kimdir düşmənə min tələ quran?

Tarasın qəbrində keşikçi duran?

De, kimdir Karmelyuk əlilə vuran?

Bizim ukraynalı qəhrəmanlardır,

O bizim qəhrəman partizanlardır!

 

De, kimdir adına qardaş dediyim?

Qəmimə, nəşəmə sirdaş dediyim?

De, kimdir vətəndaş, yoldaş dediyim?

Bizim Koroglu tək pəhləvanlardır.

Bizim ukraynalı partizanlardır!

* * *

Nicat Huseynov

...Qoyma ki, yerlerde sürünsün beşer,

Dünyada qalmasin ne pislik,ne şer,

Yaxsiliq insana bir senet olsun,

Dünya basdan- başa qoy cennet olsun!

( Semed Vurgun)

Nicat Huseynov

Semed Vurgun Azerbaycan ogludur.

Ismail Hekimov

Bu günlə səsləşən gözəl şeir.

Məkanı cənnət olsun dahi şair S.Vurğunun!

Fazil Murad

Səməd Vurğun zəmanəsinə sığışmayan şair idi.Belə nadir istedadlar min ildə bir doğulur.O,dünənki və bugünkü poeziyanın zirvəsi,bayraqdarı,flaqmanıdır.

Özundən sonra gözəl yazan,istedadli şairlərimizə "Vurğun kimi yazır",deyiblər.

B.Vahabzadə,

Z.Yaqub kimi istedadlarımız belə poeziyamızın "Vurğun zirvəsinə" yüksələ bilmədilər.O,Allahın xalqımıza verdiyi ən qiymətli hədiyyələrdən biri idi.Yeri cənnət olsun!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir