Qadın voleybolçular 17-ci tura çıxacaqlar
Lider səfərdə autsayderin qonağı olacaq
Bu bunu qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 17-ci turun oyunları keçiriləcək. Hesabat turunun nəzərdə tutulan hər üç oyunu eyni gündə baş tutacaq.
Turun ilk oyunu UNEC-in idman zalında keçiriləcək. Belə ki, çempionatın audsayderi olan UNEC yarış cədvəlinə vahid liderlik edən "Abşeron"la üzləşəcək (saat 16:00).
Eyni vaxtda Bakı Voleybol Mərkəzində isə 'Murov Az Terminal"la "Azərreyl " qarşılaşacaq.
Saat 18:00-da isə eyni məkanda "Milli Aviasiya Akademiyası" "Gəncə"ni sinaqa çəkəcək.
Bakı Voleybol Mərkəzində keçirilən hər iki oyun CBC Spirt TV-də canlı yayımlanacaq.
Hazırda cədvəldə vəziyyət belədir:
Abşeron - 40 xal, MAA - 38, Azərreyl - 26, Gəncə - 22, Murov - 18, UNEC - 0.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)