Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nicat Abbasovla Riad Səmədov DK-ya vəsiqə qazanıb 

Rumıniyanın Eforii şəhərində kişi şahmatçılar arasında keçirilən və 13 azərbaycanlı zəka sahibinin də iştirak etdiyi şahmat üzrə şəxsi Avropa çempionatına yekun vurulub. İsveçrə sistemi üzrə keçirilməklə, 11 turdan ibarət olan bu cempionat həm də qarşıdakı Dünya Kubokuna seçmə xarakteri daşıyıb. Reqlamentə gorə, çempionatda ilk 20 yeri tutan şahmatçılar Dünya Kubokuna vəsiqə qazanıblar. 

Azərbaycan şahmatçılarından yalnız iki nəfər bu uqura imza ata bilib. Bu cütlükdə isə hərəyə 11 mümkün xaldan 8 xal toplayan Nicat Abbasov və Riad Səmədov yer alıb. 30 yaşlı Abbasov çıxışını 8-ci, Səmədovsa 12-ci pillədə başa vurub. Hər iki şahmatçımız qalibdən cəmi  yarım xal geri qalıb.

Hərəyə 8,5 xal toplayan Frederik Svana (Almaniya), Mattias Bluebaum ( Almaniya) və Maxim Rodshten (İzrail) isə müvafiq ardıcıllıqla ilk üç yeri tutub.

İNTİQAM Məmmədov