Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-19 futzal millimiz Xorvatiya ilə görüşəcək 

19 yaşlı (U-19) futzalcilar arasında keçirilən Avro-2025-in əsas (elit) seçmə qrup oyunları davam edir. Baş məşqçisi İlqar Aslanov olan və turnirin 7-ci qrupunda yer alan Azərbaycan millisi bu gün ikinci tur çərçivəsində turnirə ev sahibliyi edən Xorvatiya komandası ilə qarşılaşacaq. Görüş saat 20:00-da Omis şəhərindəki "Rubnjak" idman zalında başlayacaq.

Xatırladaq ki, dünən millimiz ilk turda Bosniya-Herseqovina komandası ilə oyunda darmadağın hesablı məğlubiyyətlə üzləşib - 2:10. Birinci turda baş tutan digər oyunda isə Xorvatiya ilə Türkiyə meydanı sülh şəraitində tərk ediblər - 3:3.

Bu gün qrupda baş tutacaq digər oyunda Türkiyə ilə Bosniya-Herseqovina qarşılaşacaq (19:00). 

Martın 29-da isə millimiz sayca üçüncü olan son turda Türkiyə ilə üzləşəcək. 

Reqlamentə görə, qrupun qalibi Avro-2025-in final mərhələsinə vəsiqə qazanacaq.

İNTİQAM Məmmədov