İradə Tuncay:
Özü yubiley yaşı desə də, mən İlqar Əlfioğlunu yüz ildir tanıyıram...
Sözə nə şəkildəsə aidiyyəti olan insanları xarakterizə edəndə müraciət etdiyin ilkin mənbə yenə söz olur. Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə, nə qədər gizlətməyə çalışsan da arada nəsə sivişib əlindən qaçacaq və sən sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən. Deyək ki, bir dostunun ad gününə yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər qaçıb. Nə deyəcəyini unudursan. Hə, onda yardım edəcək sözləri onun yazdıqlarından axtarıb tapırsan...
Özü yubiley yaşı desə də ,70 il desə də ,mən İlqar Əlfioğlunu yüz ildir tanıyıram vəya tanıdığımı zənn edirəm... Və sağlam ,huzur dolu günlər arzulayıram. Balaca qızcığazın xoş günlərini görsün inşallah...Rahat yönləndirə bilsin ömrün davamını..
* * *
İlqar Əlfioğlu
İradə sağ ol izləyicilərin də sağ olsun! Aqilə bir də salam de. Nağayrax, ömürdü də, bitənədək yaşayırıq...
Ali Huseyn Muhemmedi
İlqar müəllim mənim gözümdə Dalğadaki İlqar kimi qalib həmişə...sevdiyimiz proqram...o gün təzə şəklin gördüm....və inanmaq istəmədim ki, İlqar müəllimin 70 yaşi olur....Çox hörmət etdiyimiz həmişə cavan görmək istədiyimiz İlqar müəllimə ən azinna bunnan sonra bir 70 in yarisi qədərdə, bərəkətli ömür arzulayiram...Abla bilirsən mən hər adami çox istəmərəm...Amma şəxsən tanişliğimiz olmasada bu gözəl insani çox yaxin bilmişəm özümə...necəki o vaxtlar çoxlarinin Dalğani....dalğanin aparicilarini sevdiyi kimi....Uzun ömür can sağliği hər ikinizə inşaAllah....
Rasim Muzaffarli
Analarımız bacı kimi yaxın olublar. Onların sayəsində biz övladlar da uşaqlıqdan bir-birimizlə doğmalaşmışıq. Xalaoğlum var olsun, çox olsun, xoş olsun!
Sərdarova Mehriban
70 nədir, o "Dalğa" dakı oğlandır elə! Bundan sonrakı on illərdə həyat dalğaları ruhuna sığal çəksin...
Sevda Nabiyeva
O balaca qızcığaz, bundan sonra görəcəyi çoxlu nəvələri yaralarına dərman olsun
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.