Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

FIFA Klublararası Dünya Çempionatının iştirakçıları üçün pul mükafatlarını açıqlayıb

2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının ümumi mükafat fondu 1 milyard dollar təşkil edəcək, turnirin qalibi isə 125 milyon dollara qədər qazana bilər.

Bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) saytında məlumat verilib.

2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək turnirdə ilk dəfə 32 komanda iştirak edəcək.

Qrup mərhələsindəki hər qələbəyə görə klub 2 milyon dollar, heç-heçəyə görə 1 milyon dollar, 1/8 finala vəsiqə üçün 7,5 milyon dollar, 1/4 finala çıxana görə 13,125 milyon dollar, yarımfinala çıxana görə 21 milyon dollar qazanacaq. Finalçı daha 30 milyon dollar, çempion isə 40 milyon dollar alacaq.

Bundan əlavə, hər bir klub sadəcə olaraq turnirdə iştiraka görə müxtəlif məbləğlər alacaq. Avropa komandaları 12,81 milyon dollardan 38,19 milyon dollara qədər (idman və kommersiya meyarlarına görə reytinqdən asılı olaraq), Cənubi Amerikadan - 15,21 milyon dollar, Şimali Amerika, Asiya və Afrikadan - 9,5 milyon dollar, Okeaniyadan - 3,58 milyon dollar alacaqlar.