Firuz Mustafa:
Qandi və Ustinov
Buna alın yazısı da demək olar...
31 oktyabr 1984-cü iltarixdə Hindistanın Baş naziri İndira Qandi öz iqamətgahında iki terrorist tərəfindən güllələndi. Onu öz cangüdənləri – sikxlər qətlə yetirmişdilər.
Mən bu hadisəni və bu tarixi nə üçün xatırladım?
Məsələ burasındadır ki, həmin gün xanım Baş nazir məşhur ingilis ser-cəngavər-bakalavrı Piter Ustinova müsahibə verməyə hazırlaşırdı. Piter Ustinov dünyaca məşhur adam idi. O, aktyor, rejissor, yazıçı, dramaturq, ssenarist idi...
İndira Qandi həmin səhər çox gümrah görünürdü. Müsahibinin yanına qırmızı libasda gedirdi. Yaxşı bilirdi ki, bu geyim ona xüsusilə yaraşır.
Piter Ustinovla çəkilişə gələn operatorlar kameraları hazır vəziyyətə gətirmişdilər. Baş nazir gələn kimi məşhur yazıçı ilə söhbətə başlayacaqdı. Ustinov təcrübəli aparıcı idi. İndiyəcən dünyanın bir çox məşhur simaları ilə görüşmüş, maraqlı verilişlər aparmışdı.
Sonralar Piter Ustinov gündəliyində yazırdı ki, həmin gün səhər saat 10-a 9 dəqiqə işləmiş atəş səsi eşitdim... Biz həmin atəş səsini kamerada qeydə aldıq... Az sonra məlum oldu ki, Baş nazirə 30 güllə atılmışdı. Saat 10-30-da Qandini hospitala çatdırdılar.
Qandi həmin gün saat 14-20 keçindi.
Telekameranın yaddaşında yalnız atəş səsləri qaldı. Ustinovun komandası baş varən hadisəni lentə ala bilmədi.
Bu hadisəyə bəlkə də alın yazısı demək olar.
Ustinov həmin gün-31 oktyabr 84-cü il tarixdə, Qandi ilə çəkiliş vədəsi verməsəydi bəlkə də bu hadisə baş verməyəcəkdi və yaxud sonralar baş verəcəkdi...
Dünyanın belə işləri də olur.
P.S.
Ustinov mənim də oxuyub bəyəndiyim yazıçıdır. Amma dünya onu daha çox aktyor kimi tanıyır.
Xatırladım ki, həmin gün EA-dakı alimlərin bir neçəsi əməlli-başlı kövrəlmişdi. Onların çoxu Qandinin yaşıdları idi...
* * *
Ismail Hekimov
İndira Qandinin özünə məxsus xarakteri,siyasəti, mənəviyyatı, dünyağörüşü var idi...
Məkanı cənnət,ruhu şad olsun!
Фахраддин Атакиши
Kövrəlməklərinə səbəblər də vardı, hörmətli Firuz müəllim. Tarixdə yaxşı bir dövlət başçısı kimi izini də qoydu. Ruhu şad olsun!
Kamilə Həsənova
Amma bunu başqa versiyada sui-qəsd kimi bilmişik. Bir qadın-kamikadze ona gül dəstəsi bağışlayır, əyilib təzim edərkən belinə bağladığı partlayıcı işə düşür və özü ilə bərabər Qandi də həlak olur, yaxud qətlə yetirilir. Eləcə də iki oğlu sui-qəsd nəticəsində qətlə yetiriliblər.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.