NTD Azərbaycan Kubokunun ilk finanalçısıdır
Bu gün kişi basketbol klubları arasında Azərbaycan Kubokunun ilk yarımfinal oyunu keçirilib. Bakı İdman Sarayında keçirilən oyunda NTD ilə "Neftçi" klubu qarşılasib və bununla da ilk finalçı müəyyənləşib.
Qarşılaşmadan 86:83 (20:21, 27:21, 18:27, 21:14) hesabla qalib gələn NTD turnirin finalına yüksəlib.
Matçın ən yaxşı oyunçusu adına isə 41 xalla yadda qalan Detrel Brouninq (NTD) olub.
Bu gün eyni məkanda daha bir yarımfinal oyunu keçirəcək. Həmin oyunda isə "Naxçıvan"la "Gəncə" qarşılaşacaq.
Martın 30-da isə turnirə həlledici final oyunu ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov