Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il

Kərim Kərimli:

Azərbaycan dilində yaxşı danışmasa da, bu onun yaxşı yazıçı olmadığına heç cür dəlalət edə bilməz

Dil və ədəbiyyat forumunda iştirak etməsəm də...

Xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycan dilinə tərcümə olunmuş ondan çox romanını redaktə, bir romanını və bir hekayəsini də rus dilindən öz dilimizə tərcümə etmişəm.

Deməli, onun ən azı 12 əsərini oxumuşam.

Qeyd etməliyəm ki, bütün bu əsərlər yaxşı əsərlərdir, tərcümə etdiyim romanı gözəldir, hekayə isə əla və olduqca gözəldir.

Mənim fikrimcə bu hekayə 44 günlük Vətən müharibəsinə aid yazılmış iki ən gözəl əsərdən biridir.

Odur ki, Çingiz Abdullayevin yaxşı yazıçı olmadığını söyləyənlərlə razı deyiləm.

Bəli, Azərbaycan dilində danışıq səviyyəsi məni də qane etmir.

Ancaq bu fakt onun yaxşı yazıçı olmadığına heç cür dəlalət edə bilməz.

P.S. Təvazökarlıqdan uzaq olduğuna görə lap axırda da qeyd edim ki, tərcümə etdiyim roman da, hekayə də onun Azərbaycan dilində ən yaxşı əsərləri hesab olunur.