Bəybala Mirzəyev:
Dəyərlərin önəmi...
2003-cü ildə müsahibə götürmək üçün ustad şairimiz Bəxtiyar Vahabzadənin evinə getmişdim.
Onu ziyarət etməyim Ramazan ayına təsadüf etmişdi. Bəxtiyar müəllim söhbət əsnasında uşaqlıq illərindəki Ramazan, orucluq xatirələrini danışmağa başladı.
Dedi ki, hər gün sübh tezdən biz uşaqlar da nənəmizlə, babamızla birgə obaşdana durardıq, onların abdəst almağına, namaz qılmaqlarına uşaq marağı ilə tamaşa edərdik. Bayram günlərində isə babamız əlimizdən tutub bizi qohum-qonşularla bayramlaşmağa aparardı. Biz bu dəyərlərlə böyüdük...
Bəxtiyar ustad bu anılarını söyləyərkən səsində, gözlərində dərin bir özləm, keçmişə qayıdış, nostalji hiss olunurdu.
Milli-mənəvi dəyərlərimizi necə qorumaq barədə həmin gün onunla bir xeyli söhbət etdik.
P.S.
İnsanlar dəyərləri qoruduğu kimi, dəyərlər də insanları qoruyur. Dəyərlər insanın və cəmiyyətin dəbilqəsi, zirehidir. Dəyərləri aşınmış toplumları sıradan çıxarmaq çox asan olur. Dəyərlərə arxa çevirən fərdlər isə güvənsiz olur.
Dəyərlərimizə hörmətlə!
* * *
Urshan Tagiyev
Universitetin birinci kursunda( 1960- 61- ci il) oxuyarkən " Gülüstan"ın qəzet yox, əl nüsxəsini( çap makinası) tələbə yoldaşlarımla bir gecəliyinə əldə edə bildik. Qəribədir, respublikamızda müqavilənin 150 illiyinə " möhkəm" hazırlıqlar gedirdi.Az qalmışdı müqaviləni bayrama çevirsinlər.Belə bir vəziyyətdə, əyalət qəzetində belə bir " işə" girişmək, yalnız bu böyük şəxsiyyət- B Vahabzadəyə nəsib ola bilərdi.Allah bu kişini rəhmət eləsin.Sizə də can sağlığı arzulayırıq
Vefali Qasimli
Cavan oğlan, cavan şair. Eşq olsun!
"O günlərə gün çatmaz..."
Vidadi Mamedrzayev
Bayramınız və dəyərlərimiz mübarək,Beybala m.Allah Bəxtiyar m.rəhmət eləsin,Sizə can sağlığı.Dəyərlərimizi təbliğ edən,keşiyində duranlardan biri də Sizsiniz,deyərdim birincisisiniz
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.