Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qəşəm Nəcəfzadə:

Ata

Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı çox sevərdim

Adına şeir yazardım hətta.

Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana

 

Yadıma salardım

O mənim beşiyimin kəndirini tavana necə mismarlamışdı,

Mən də onun baxışlarını könlümə elə yazardım.

 

Sizə iki şeir yazdım, oğlanlarım

Birini uşaqlığınıza,

Bunu da böyüklüyünüzə...

Birin qucağıma alanda

Birini qucağımdan düşürəndə...

 

Mən dəqiq bilirəm,

Bütün ataları övladları öldürür

Bunu bilirsinizmi, siznənəm, eyy

Hə, siznən

Onnan

Sənnən...?

 

Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur.

Ağlınıza gəlirmi ki, bir gün atanızın ayaqqqabılarını

Qapıda görməyəcəksiniz?

Ən birinci qapıdan ayaqqabılar yığışdırılır,

Adamı yaman yandırır ayaqqabı yeri...

 

Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur...

Sizin yerinizə olsaydım bunu həmişə yadımda saxlardım.

 

Yuxudan tez durardım ki, atamı çox görüm

Başdaşı üçün şəkillərinə baxmazdım...

Öləndən sonra şeirlərini oxumazdım

 

Mən sizin yerinizə olsaydım atam haqqında xatirə danişmazdım....

* * *

Sadaqat Mammadova

Bu şeir ailə dəyərlərinin qüdrətini,valideynin əvəzsiz qiymətini,yoxluğun varlıqdan doğduğunu,həyatin hər anının təkrarsızlığını insanı silkələyib anladan möhtəşəm bir poeziya nümunəsidir.

Var olun, Qəşəm Nəcəfzadə,bu ibrətamiz əsər hər bir insan üçün bir örnək,bir məktəbdir.

Davamlı yaradıcılıq eşqi diləyirəm.

Zaur Ustac

Ata kimliyindən və mənsəbindən asılı olmayaraq Atadır. Hər ata ondan törəyən nəslinin birbaşa peyğəmbəri mövlası, .... bir sözlə Allahdan sonra gələnidir. Ata bütün qapıların açarıdır. Açar qızıldan da olsa açardır, dəmirdən də ...

Keçənlərə rəhmət, qalanlara can sağlığı.

Namiq Nebi

Belə şeirlərdən ola oxuyasan da, nə gözəl yazıb: Alnı nədir, heç qoymazdım şəkilləri qırışlana...O mənim beşiyimin kəndirini tavana necə mismarlamışdıı, Mən də onun baxışlarını qəlbimə elə yazardım.

Bu günə qədər şeirlərdə səslənməyən fikir. Yeni söz, yeni bənzərmə. Var olun Qəşəm müəllim.

Sonaxanım Həsənova

Oğul atasına heç bənzəmədi ! Çox heyif ! Qəşəm müəllim əsl ziyalı, sözünü, özünü, davranışını bilən , mədəni insandır ! Özünü dahi hesab edən oğul isə , əfsus ki, tam fərqlidir ! Rica edirəm, bunu oxuyub, üzərimə hücuma keçməyin , mən nə dediyimin və nə düşündüyümün fərqindəyəm ! Qəbul etmirəm , onuun nə özünü, nə cızma-qaralarını ! Vəssəlam !

Dünya Bilalbəyli

Qəşəm, köhnə dost, sizin bu şerinize cox üzüldüm. Bu bir atanın üsyanıdır... Sizi o qədər aydın anlayıram ki... Atamın üsyanı kimi... Amma bütün günahları övladlarda görməyin... Səmimi danışım:Keşke ailədən kənarda, o sonu bilinməyən qadınlarla kecirdiyiniz zamanı ogullarınızla kecirsəydiniz... Keşkə o icki, o "dost" məclislərinə ayırdığınız zamanı ogullarınıza verseydiniz. İncimə, bunu atam ölmədən ona da demişəm... Keşkə geriyə keşkə lər buraxmasaydınız.... Bütün günahı onlara yükləməyin.. 50/50.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.