Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan fiqurlu konkisürən Qış Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan idmançısı Vladimir Litvintsev İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə Qış İdman Növləri Federasiyası məlumat yayıb.

O, bu uğura Amerikanın Boston şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.

İdmançımız qısa və sərbəst proqramlarda 233,31 xal toplayaraq 39 idmançı arasında 15-ci yeri tutaraq Olimpiadada iştirak etmək hüququ qazanıb.

Yarışda mübarizə aparan digər Azərbaycan təmsilçiləri Nərgiz Süleymanova və buz rəqsi cütlüyü Samanta Ritter və Daniel Brikalov qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərində keçiriləcək.