"Çelsi" 19 yaşlı müdafiəçini icarədən geri çağırıb
"Çelsi"nin argentinalı müdafiəçisi Aaron Anselmino icarə əsasında "Boka Xuniors"da çıxış etdiyi üçün geri çağırılıb.
“Argentinalı müdafiəçi, inkişafını davam etdirmək üçün icarə əsasında Bomboneraya qayıtmazdan əvvəl avqust ayında uzunmüddətli müqavilə ilə Boka Xuniorsdan Mavilərə qatıldı. İcarəyə götürülən Aaron bütün turnirlərdə "Boka Xuniors"da 18 oyun keçirib və müntəzəm start oyunçusu olub. "Chelsea"yə xoş gəlmisiniz, Aaron! - klubun açıqlamasında yazılıb.
"Çelsi" İngiltərə çempionatının turnir cədvəlində dördüncü yerdədir. Komanda 19 görüşdə 35 xal toplayıb.