Qadın şahmatçılarımız Avropa çempionatına uğurla start veriblər
Yunanıstanın Rodos şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
İlk turda Azərbaycanın 8 təmsilçisindən 5-i qalib gəlib.
Hazırkı Avropa çempionu Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova rəqiblərini məğlub ediblər.
Gülnar Məmmədova və Nərmin Abdinova hərəyə yarım xal toplayıb. Təmsilçilərimiz arasında yeganə uduzan Lalə Hüseynova olub.
Avropa çempionatının ilk turu: - Ülviyyə Fətəliyeva - Alice Danielle Dikkens (İngiltərə) - 1:0 - Gövhər Beydullaeva - Salomeya Zaksaite (Litva) - 1:0 - Gülnar Məmmədova - Anna Xaçataryan (Ermənistan) - 0,5:0,5 - Ayananeios Turkiye - 1 medyarova - Yona Reçika (Kosovo) - 1:0 - Səbinə İbrahimova - Marianna Lamprianou (Yunanıstan) - 1:0 - Nərmin Abdinova - Lela Cavaxişvili - 0,5:0,5 - Lalə Hüseynova - Jolanta Zavatzka (Polşa) - 0:1 1-ci sistem üzrə Avropa çempionatı keçiriləcək.
İlk 10 yeri tutan şahmatçılar dünya çempionatına vəsiqə qazanacaqlar.