Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Faiq İsmayılov: 

Tarixin qaranlıq səhifələri: Misirdən Qərbi Azərbaycana erməni köçü 1947-1948

XX yüzillikdə  Stalinin əmri ilə xarici ölkələrdən Ermənistan SSR-yə yüz minlərlə erməni əsilli insanlar köçürülmüşdür.

1945-ci ilin fevralında Yaltada (Krım) konfrası "Böyük üçlüyün" (SSRİ, ABŞ və Böyük Britaniya) dövlət başçılarının (Çörçill, Ruzvelt və Stalin) yeni görüşü keçirildi. Konfransda qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonasından pay verilməlidir.

Konfrans qərara aldı ki, Almaniya 20 milyard dollar təzminat ödəməlidir və bunun da, 10 milyard dolları SSRİ-yə çatmalıdır. Konfransda SSRİ, qərb sərhədlərinin tanınmasına nail oldu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürmüş olduğu öhdəliyə sadiq qaldı. 
İosif Stalin bunun müqabilində Cənubi Saxalin, Kuril adaları, Mancuriyada 

Cənub-Şərqi Çin dəmir yolu və Port-Arturun SSRİ-nin  nəzarətində qalmasını tələb etdi. Konfransda "Azad edilmiş Avropa haqqında bəyannamə"də qeyd edildi ki, qitə xalqlarının arzularına uyğun demokratik təsisatlar qurmasına təminat veriləcəkdir. Konfransda gələcək Birləşmiş Millətlər Təşkilatının iş qaydaları müəyyənləşdirildi. Yalta konfransının qərarlarının təsdiqi 1945-ci ilin 17 iyul-2 avqustda keçirilmiş Potsdam konfransının qərarları oldu.

II Dünya müharibəsindən yəni Yalta konfransından dərhal sonra SSRİ hökuməti Türkiyənin Sovet-Türkiyə sərhədinə yenidən baxılması tələbi ilə Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdü. İddiaya görə Türkiyə ərazisinin bir hissəsi Ermənistan SSR-yə birləşdirilməli idi.

Bu, Stalinin Türkiyəyə qarşı ərazi iddiaları üçün “humanitar” əsaslandırma yaratmaq məqsədi ilə başlatdığı ictimai kampaniyanın yalnız bir hissəsi idi.
Lakin Türkiyədən alınması nəzərdə tutulan ərazilərdə məskunlaşdırmaq üçün Ermənistan SSR-də erməni əhalinin sayı kifayət etmirdi. Hələ II Dünya müharibədən əvvəl 16 mindən çox erməni, əsasən, Avropadan Ermənistana köçürülmüşdü və bütün köçürmə xərclərinin hamısı SSRİ xəzinəsindən ödənilmişdi.Statistik məlumata əsasən 1946-1948-ci illərdə Ermənistan SSR ərazisinə xarici ölkələrdən 100 mindən çox erməni köçürülmüşdü. Bunların hamısı demək olar ki Misir vətəndaşları olan ermənilər idilər.

Misirdən ermənilər gəmilərlə Qara dənizin Batumi Limanına oradan isə Ermənistan ərazisinə daşınırdı. Bu köçürülmə əməliyyatları arxiv sənədlərində və fotoşəkillərdə  ermənilərin Misirdən Sovet Ermənistanına necə köçürüldüklərini əyani olaraq sübut edir. 

Gəmilərin birindəki banerin üzərində bu sözlər yazılıb: “Vətən sizi gözləyir. Qara dəniz dənizçilərindən Sovet Ermənistanının yeni sakinlərinə salamlar. Misirli qardaşlarımıza təşəkkürlər.  Misir və onun Kralı Faruk! Əbədi yaşasınlar”.

Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı.