Linoel Messi "Dənizlispor" klubuna transfer olunur?
Futbol üzrə Türkiyə çempionatının III liqasında çıxış edən Türkiyənin “Dənizlispor” klubu rəsmi sosial media hesabında dünya şöhrətli argentinalı hücumçu Lionel Messinin komandaya transferi ilə bağlı mesaj yayıb.
"Ailəmizə xoş gəldin, Messi! Klubun transfer qadağası aradan qaldırılan kimi "Dənizlispor" gənc istedadla bir günlük müqavilə imzaladı! - nəşr yazır. Yazıda Messinin komandanın formasını geyinmiş fotosu və onun "açıqlaması" da yer alıb: "Mən "Dənizlispor"a qoşulduğum üçün çox xoşbəxtəm. Çərşənbə günü komandamızı liqada qalmaq hüququ uğrunda vacib matç gözləyir. Hər kəsi saat 14:00-da Dənizli Atatürk Stadionuna dəvət edirəm. Gəlin, Agra 1970-ə qarşı matçda birlikdə olaq. Yazı sosial mediada sürətlə yayılaraq istifadəçilər arasında qızğın müzakirələrə səbəb olub. Klubun mətbuat katibi Yusuf Kaan Çakır bunun bir aprel zarafatı olduğunu açıqlayıb.