Asəf Quliyev:
"Ruhlar şəhəri" dirçəlir
Artıq Ağdamda köhnə küçələrlin cığırı da yoxdur. “İmarətdən” Məscidə, Məsciddən dəmiryol vağzalına, dəmiryol vağzalından Qarağacı qəbiristanlığına getmək üçün hələlik tam hazır olmayan, yeni dizayn olunmuş yollardan keçmək lazımdır. Füzuliyə Muradbəyli kəndindən, Şuşaya Armudun altından keçib gedən yollar da yoxdur. Yeni Ağdamda Tağının kitab mağazasını, məişət xidməti obyektləri cərgəsini tapmayacaqsınız. Sözsüz ki, binaların birinci mərtəbəsində kitab mağazası, insanlara məişət xidməti göstərən obyektlər olacaq.
Amma yüz faiz əminəm ki, Ağdamın dəmirçixanası olmayacaq. Şəhərin mərkəzində misgərlərin, dəmirçilərin, qalayçıların cərgəsindən keçib çəkiclərin çıxardığı o möhtəşəm səsi, qulaq batıran simfoniyanı eşitməyəcəyik. Müharibə apardığını aparıb, elə şeylər var ki, bərpası mümkün deyil.
Kimin üçünsə qəribə görünə bilər, amma bütün bunlar insanların xatirələridir. Yenidən doğulan Ağdamda o xatirələrin xarabalıqlarını ağır ekskavatorlar kürüyüb təmizləyir. Çox keçməyəcək ki, şəhərin ruhunun daşıyıcısı olan həmin xarabalıqlardan əsər-əlamət qalmayacaq. Yerində gözəl və modern bir şəhər qurulacaq.
* * *
Əsmarə Quliyeva
Köhnə Ağdam daha gözəl daha doğmadi. O texnikalar xarabalıqları yox bizim xatirələrimizi kecmişimizi gəncliyimizi kürüdu. Artıq bundan sora bizim kecmişimiz olmuyub kimi yaşamağa davam edəcəyik
Шакир Эминбейли
Misgərlərin, qalayçıların bol olduğu Lahıcda belə misgər qalmayıb...
Ümumiyyətlə, bir çox sənətlər, peşələr dövrə zamana uyğun itmək üzrədir.
Ağdama gəlincə isə, məncə təxminən 15 ildən sonra ölkənin digər şəhərləri də Ağdamda stilində, Ağdam modelində inkişaf edəcək.
Savaşdakı qələbəmizdən sonra dəfələrlə fikrimi bildirmişəm ki, Ağdam ölkənin yeni siyasi paytaxtına ən real namizəd sayılmalıdır. Bundan ötrü şəhər bütün parametrlərə cavab verir.
Asaf Quliyev
Əzizim Шакир bəy, səninlə 100 faiz razıyam. Bu günün özündə də Nə Gəncə 30 il əvvəlki Gəncə deyil, nə Bərdə 30 il əvvəlki Bərdə deyil, nə Lənkəran 30 il əvvəlki Lənkəran deyil və sairə... Yenilənmək mütləq lazımdır.
Amma bir məqam çox mühümdür mənim üçün. Mənə görə, Şuşanın da, Ağdamın da, elə lap Gəncənin, Lənkəranın, Şəkinin, Qubanın da, Gədəbəyin də, Naxşıvanın da əsl ziynəti dağı, daşı, tikilisi, təbiəti, havası deyil. Bu yerlərin əsl ziynəti o yerlərin İNSANLARIDIR, O yerlərə ruh verən insanları. O insanların ruhunu yaşadan isə xatirələrdir. Mən bunu demək istəmişəm.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.