Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ronaldo “Əl-Nasr”a kömək etmək və Asiya Çempionlar Liqasını qazanmaq istəyir

"Əl-Nasr"ın 39 yaşlı hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı sualı cavablandırıb.

“Ailəm və mən xoşbəxtik. Biz bu gözəl ölkədə yeni həyata başladıq. Həyat gözəldir, futbol gözəldir. Ən əsası peşəkar olmaq, çox çalışmaq, kluba hörmət etmək, müqavilənizə hörmət etmək və hər şeyin yaxşılığa doğru dəyişəcəyinə və Əl-Nasrın daha çox titul qazanmağa çalışacağına inanmaqdır.

Klub üçün Asiya Çempionlar Liqasını qazanmaq istəyirəm, amma ən əsası işləməyə davam etmək və peşəkar olmaqdır... Çalışmağa və “Əl Nəsr”ə titul qazanmağa kömək edəcəyəm. İnanıram ki, bu il klub üçün yaxşı olacaq”,- Ronaldo söyləyib.

Ronaldonun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.