Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

   "Gilavar Fotoqrafiya Məktəbi" layihəsi

“Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən fotoqrafiya üzrə ödənişsiz təlim kursları keçiriləcək fotoməktəb fəaliyyətə başlayır. “Gilavar Fotoqrafiya Məktəbi” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
Kursda müsahibə yolu ilə seçilmiş 60-70 nəfər gəncin iştirakı nəzərdə tutulur. Layihədə fotoqrafiyaya maraq göstərən və sosial durumu aşağı olan 18-30 yaş aralığında gənclərə, peşə və ali məktəblərdə təhsil alan tələbələrə üstünlük veriləcək.
İştirakçılara fotoqrafiyanın əsasları, onun qaydaları, fototexnikanın sirləri, fotostudiya şəraitində çəkiliş, fotojurnalistika, fotoredaktə proqramları, video çəkilişlərin aparılması haqqında bilgilər öyrədiləcək, qrup və fərdi tapşırıqlar veriləcək. Fərdi şəkildə sərbəst çəkilişlər apara bilmələri üçün şərait yaradılacaq, gələcəkdə kiçik sahibkar kimi çalışa bilmələri üçün məsləhət və tövsiyələr veriləcək.
Kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.
Müraciət üçün son tarix: 15 aprel 2025-ci il
Müraciət üçün bu linkə https://forms.gle/19Jah7XQNm1neTDp7 daxil olub formanı doldurmaq lazımdır.