Çimərlik futbolu üzrə Azərbaycan yığması Avro-2025-in seçmə mərhələsindəki rəqiblərini müəyyən edib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa çempionatının (EBSL) I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.
Zeynal Zeynalovun komandası B divizionunun A qrupuna daxil olub və burada Litva, İngiltərə və Belçika milliləri ilə qarşılaşacaq.
Oyunlar mayın 23-dən 25-dək İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.
Azərbaycan millisinin oyun cədvəli: 23 may (Bakı vaxtı ilə 13:00) Azərbaycan - İngiltərə 24 may (Bakı vaxtı ilə 13:00) Azərbaycan - Belçika 25 may (Bakı vaxtı ilə 14:15) Litva - Azərbaycan.